Afrikada hava şousu zamanı 61 yaşlı pilot yüngül təyyarənin idarəetməsini itirib və itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, insident avqustun 14-də Cənubi Afrikada 2025-ci il Qlobal Növbəti Nəsil Aviasiya Sammitinə həsr olunmuş festivalda baş verib. Cənubi Afrika Hava Yollarının təcrübəli pilotu Endryu Blekvud-Murrey yüngül mühərrikli ZS-AEC Extra 300 təyyarəsini idarə edərkən dənizə düşüb.
Artıq təyyarənin qalıqlarının hissələri sudan çıxarılıb, lakin kapitan hələ də tapılmayıb.
Battery Beach müvəqqəti olaraq ziyarətçilər üçün bağlıdır.
Məryəm Quliyeva