EN

Türkiyənin vergi rekordçusu odur

2024-cü il üçün Türkiyənin ən böyük gəlir vergi ödəyiciləri siyahısına “Baykar” şirkətinin baş direktoru Selçuk Bayraktar başçılıq edir.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, S.Bayraktar ötən il dövlət xəzinəsinə 2 milyard 767 milyon 587 min lirə vergi ödəyib.

Reytinqdə ikinci yerdə dövlətə 2 milyard 528 milyon 619 min lirə vergi köçürən “Baykar”ın digər təmsilçisi, şirkətin baş direktoru Haluk Bayraktar qərarlaşıb.

Chosen
28
10
qafqazinfo.az

10Sources