EN

Niderland Polşaya 300 ə yaxın hərbçi göndərməyi planlaşdırır

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Niderland Polşanı hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edəcək və 300 hərbçisini ölkədə yerləşdirəcək.

“Report” xəbər verir ki, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.

“Niderland Polşanı HHM sistemləri ilə təmin edəcək. “Patriot” batareyaları, NASAMS, dron əleyhinə sistemlər və 300 hərbçi kontingenti ilə biz onlara NATO ərazisini qorumaq və Ukraynanı dəstəkləmək üçün qabaqcıl imkanlar təklif edəcəyik”, - o, “X” sosial şəbəkəsində yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
4
azpolitika.info

5Sources