EN

“Qalatasaray” “Mançester Siti” ilə razılığa gəldi

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Manuel Akanjini transfer edəcək.

Sitat.info xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul klubunun rəsmiləri qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədir. “Şəhərlilər” bu keçiddən 15 milyon funt-sterlinq qazanc əldə edəcək.

Qeyd edək ki, İsveçrə millisinin müdafiəçisi ötən mövsüm “Mançester Siti”nin heyətində 40 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
50
3
sitat.info

6Sources