EN

Azərbaycana qara metal idxalı azaldı, ixrac isə artdı

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 551,9 min ton qarametal və ondan hazırlanan məmulatlar idxal edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda metalınidxalına çəkilən xərcin həcmi 627,8 milyon ABŞ dolları təşkiledib.

Qara metal və ondan hazırlanan məmulatların idxalı ötən ilineyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 42 min ton və ya 7,1%,dəyər ifadəsi ilə 52,2 milyon ABŞ dolları, yaxud da 7,7%azalıb.

Qeyd edək ki, ötən ay idxal olunan qara metal və ondanhazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 4,61% təşkiledib.

Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 53,8milyon ABŞ dolları dəyərində 51,5 min ton qara metal və ondanhazırlanan məmulatlar ixrac edilib. Bu isə ötən ilin eynidövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,6 milyon ABŞdolları və ya 19,1%, həcm baxımından isə 5,5 min ton və yaxud 11,9%artım deməkdir.

Chosen
42
2
az.trend.az

3Sources