EN

DETX çınqıl-qum qarışığı süxurunun qanunsuz götürənləri cəzalandırdı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Cəlilabad-Sərhədabad avtomobil yolunun sağ tərəfində Cəlilabad rayonu Hamarqışlaq kənd sakini Elşən Qiyasov, Lənkəran rayonu Separadi kəndinin inzibati ərazisindən keçən hissəsində həmin kənd sakini Ceyhun Cəfərov, Lənkərançay çayının Lənkəran rayonu Rvo kəndinin inzibati ərazisindən keçən hissəsində kənd sakini Amid Əliyev tərəfindən və Qaraçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsində fiziki şəxs Zaur Cəfərovun istifadəsinə verilmiş çınqıl-qum karxanasından ümumilikdə 1540,5 m3 həcmində çınqıl-qum qarışığı süxurunun qanunsuz götürülməsi faktı müəyyən edilib.

Ekologiya.az bildirir ki, faktlarla bağlı karxananın iş icraçısı Rauf Cəbrayıllı barəsində vəzifəli şəxs qismində, adıçəkilən digər şəxslər barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.

Chosen
19
ekologiya.az

1Sources