EN

Qardaş ölkələri birləşdirən dəmiryolu xəttinin təməli qoyulur

Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat verib. Türkiyəli nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək. Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib. “Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt oldə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib.

O əlavə edib ki, layihədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq.

Chosen
104
6
Ajans.az

10Sources