EN

Kobaxidze: Aİ ölkəmizə qarşı ikili standartlarla hərəkət edir

Qərb Moldova və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini “demokratiya məbədləri” adlandırsa da, elə Gürcüstanın özünə qarşı şantaj siyasəti yürüdür.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Kobaxidze daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstana münasibətdə ikili standartlarla hərəkət edir.

Onun sözlərinə görə, Moldovada müxalifətdə olan bütün siyasətçilər parlamentdən kənarlaşdırılıb. Hazırda ölkədə nə siyasi plüralizm, nə də media plüralizmi mövcuddur. Bundan başqa, Moldovada cəmi iki televiziya kanalı fəaliyyət göstərir ki, onlar da faktiki olaraq dövlətə məxsusdur və birbaşa hakimiyyətə xidmət edir. Baş nazir qeyd edib ki, vəziyyət bu cür olsa da, Moldova “demokratiya məbədi” kimi təqdim olunur.

Kobaxidze vurğulayıb ki, bu, ikili standartın bariz nümunəsidir.

O əlavə edib ki, Moldovada korrupsiya hökm sürür, dövlət hakimiyyətinin qolları isə son dərəcə zəifdir. Siyasətçinin sözlərinə görə, 2021–2024-cü illər ərzində Gürcüstan Moldova iqtisadiyyatından 11 milyard dollardan çox irəliyə çıxıb, iki ölkənin büdcələri arasındakı fərq isə 3 milyard dollardan çox artıb.

Chosen
39
nocomment.az

1Sources