Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İki lider Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər: "Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. Görüşdə Alyaska sammitinin nəticələri və Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, xüsusilə də ticarət məsələsi müzakirə olunub. Ərdoğan sülh prosesi ilə bağlı inkişafı yaxından izlədiyini, Türkiyənin sülh prosesinə başladığı gündən bəri sülh və ədalətli müharibəyə nail olmaq üçün səmimi dəstək verdiyini bildirib.
Rusiya prezidenti də İstanbul Prosesinə diqqət çəkərək, Ərdoğana Türkiyənin sülh danışıqlarına ev sahibliyi etməsi və göstərdiyi səylərə görə təşəkkür edib".
Ağarza Elçinoğlu