Bakıda bazarda ölüm hadisəsi olub.
Bakues.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında (indi adı “Riko”dur – red.) qeydə alınıb.
Burada araba sürən 57 yaşlı Qürbət Hacı oğlu Hacıyev qəfil dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.