İtaliyanın "Napoli" klubu Belçika təmsilçisi "Genk"də çıxış edən futbolçu Tolu Apokodareni heyətinə qatmaq istəyir.
"Report" "Football Itali" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 24 yaşlı hücumçunu zədə səbəbindən uzun müddət sıradan çıxan Romelu Lukakuya əvəzedici kimi görür.
Neapol komandası artıq nigeriyalı forvard üçün ilkin təmasları da qurub.
Qeyd edək ki, Tolu Apokodare 2024/2025 mövsümündə bütün yarışlarda "Genk" forması ilə 23 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Belçika təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.