EN

Psixoloq: Sosial şəbəkələr bəhanə olub, qısqanclıq özünə inam və xarakter ilə bağlıdıır

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sosial şəbəkənin mahiyyəti “layk etmək” və “rəy yazmaq” üzərində qurulub

Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Pərviz İmanov (soyadı şərtidir) Bakıda mebel sexində işləyib. O, Aişə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətlərində olub və birlikdə yaşamağa başlayıb.

Bir neçə gün öncə işdən yorğun gələn Pərviz yatıb və telefonu qonaq otağında qalıb. Fürsətdən istifadə edən Aişə onun telefonuna baxarkən, sosial şəbəkə hesablarında yarıçılpaq qız şəkillərini bəyəndiyini görüb.

Səhəri gün axşam evə gələn Pərviz Aişəni əsəbi görüb və səbəbini soruşub. Aişə Pərvizdən sosial şəbəkələrdə yarıçılpaq qız şəkillərini niyə bəyəndiyini soruşub və nəticədə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Aişə Pərvizi vurub və onun dünyasını dəyişmiş anasını söyüb.

Tərəflər arasında dava başlayıb və hər iki şəxs bir-birinə xəsarət yetirib. Aişənin anası məsələ ilə bağlı polisə məlumat verib və hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanılıb.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə barışıq təklif edilsə də, Aişə Pərvizlə barışmayıb və ona cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə P.İmanov aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla bir il islah işləri cəzasına məhkum edilib.

Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirdi ki, bu hər bir insanın xarakterinə xas olan bir xüsusiyyətdir:

“İnsanın qısqanclığı qarşısındakı münasibətə, verdiyi dəyərə və güvənə bağlı olur. Sosial şəbəkələr insanlara bəhanə olub, lakin bu əsas səbəb deyil. Əgər bir insanda psixoloji problemlər mövcuddursa, özünə güvən problemi varsa, münasibətdə olduğu insana qarşı problem yaşanırsa, təbii ki, o, hər şeyə qısqanclıqla yanaşacaq, hətta yanından keçən bir insana belə. Əgər bir insan özünü idarə edə bilirsə, onda xəyanətə meyillilik və ya daxili boşluq mövcud deyilsə, həmin insan bu boşluğu doldurmaq üçün kənardan kimisə axtarmırsa, sosial şəbəkədə də “layk” etmək və ya rəy yazmaq onun üçün adi bir hal olacaq. Çünki sosial şəbəkənin təməl funksiyası məhz bundan ibarətdir. Sosial şəbəkənin mahiyyəti “layk etmək” və “rəy yazmaq” üzərində qurulub və bu tamamilə normaldır. Təbii ki, hər bir şeydə olduğu kimi, burada da hədd aşımı mümkündür. Bəzən həddindən artıq səmimiyyəti aşan, kobud və ya təhqiramiz rəylər yazılır ki, bu da qəbulolunmazdır. Lakin sosial şəbəkənin fəaliyyət mexanizmini anlamaq vacibdir: orada rəy yazmaq və “layk” etmək normal sosial qarşılıqlı əlaqə formasıdır. Əgər sosial şəbəkədə səhifə idarə edilirsə, bu, publika üçün nəzərdə tutulmuş bir fəaliyyətdir və qaydalara uyğun şəkildə, etik dəyərlərə, ictimai normalara, həmçinin özünə və qarşı tərəfə hörmətlə yanaşıldıqda heç bir problem yaranmır. Əgər bütün bunlar qısqanclıq zəminində böyüdülərək problemə çevrilirsə, bu, artıq həmin şəxslərin öz daxili problemlərindən qaynaqlanır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
sherg.az

2Sources