EN

“Xankəndi” bu futbolçu ilə müqaviləni UZATDI

Yeni mövsümdə futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışacaq "Xankəndi" heyətindəki futbolçulardan biri yeni müqavilə bağlayıb.

Bizim.Media xəbər verir ki, AFFA Region Liqasının son qalibi Sərxan Ağayevlə yola davam edəcək.

Qarabağ təmsilçisi 33 yaşlı futbolçu ilə anlaşmanın müddətini daha bir mövsümlük uzadıb.

Qeyd edək ki, ötən mövsüm Region Liqasında mövsümün ən yaxşı futbolçusu seçilmiş Ağayev “Şahdağ Qusar”, “Zirə”, “Qaradağ Lökbatan”, “Şəmkir”, “Binə”, “Zaqatala”, “Araz Naxçıvan” və “Qusar” komandalarında forma geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
20
bizim.media

1Sources