Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank əməkdaşı rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar. Məqsəd sadədir – kart və bank məlumatlarını ələ keçirmək. Bu halların qarşısını sadəcə bir az diqqətli olmaqla ala bilərsiniz.
Dələduzlar daha çox hansı üsullardan istifadə edirlər?
∙ Özlərini bank əməkdaşı kimi təqdim edib sizi “məlumat dəqiqləşdirməyə” çağırırlar;
∙ Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu, PIN və ya OTP kodunu istəyirlər;
∙ “Balansınızda problem var”, “Kartınız bloklanacaq”, “Pul köçürülüb, təsdiqləyin” kimi təlaş yaradan mesajlar göndərirlər;
∙ Yalan kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq, linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.
Unutmayın:
∙ Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu, CVV və ya OTP kodu istəmir;
∙ Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız bankın rəsmi səhifələrindən alın;
∙ Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn istənilən şübhəli müraciətə cavab verməyin;
∙ Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
∙ Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə saxlayın.
Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir – məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız yalnız sizə məxsusdur! /Cebheinfo.az/