- Özlərini bank əməkdaşı kimi təqdim edib sizi “məlumat dəqiqləşdirməyə” çağırırlar;
- Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu, PIN və ya OTP kodunu istəyirlər;
- “Balansınızda problem var”, “Kartınız bloklanacaq”, “Pul köçürülüb, təsdiqləyin” kimi təlaş yaradan mesajlar göndərirlər;
- Yalan kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq, linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.
- Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu, CVV və ya OTP kodu istəmir;
- Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız bankın rəsmi səhifələrindən alın;
- Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn istənilən şübhəli müraciətə cavab verməyin;
- Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
- Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə saxlayın.
Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir – məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız yalnız sizə məxsusdur!