EN

Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə…

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli avqustun 22-də atılacaq.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib.

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin mühüm bir hissəsi olduğunu vurğulayan Uraloğlu bildirib ki, dəhlizin fəaliyyətə başlaması ilə Pekindən Londona Şərq-Qərb xətti daha səmərəli işləyəcək:

“Bu xətt həm Türkiyənin logistika imkanlarını artıracaq, həm də Asiyaya uzanan ticarət yollarında geostrateji etibar adası mövqeyini möhkəmləndirəcək. 244 km uzunluğunda, iki xəttli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa edəcəyik. Dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq. Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmir yolu bağlantısı daha təmin ediləcək.

Eyni zamanda, Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq. Bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiya regionunun təchizat və logistika şəbəkələrini möhkəmləndirəcək. Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq”.

Chosen
36
5
konkret.az

6Sources