EN

Deputatdan qazın sabit tarifi ilə bağlı açıqlama: “Bu, vətəndaşın marağını ifadə etmiş addımdır”

“Qazın qiymətinin artacağını ehtimal etmirəm. Bu yaxınlarda qazın ödənişi ilə bağlı qərar qəbul olundu, məsələyə geniş şəkildə yanaşsaq, görərik ki, bunlar əslində vətəndaşın marağını ifadə etmiş addımlardır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydən Hüseynov deyib.

 

Deputat bildirib ki, ümumən ölkədə aparılan iqtisadi strategiyanın ən başlıca məqsəd və hədəfi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir: “Ölkə iqtisadiyyatı genişləndikcə sosial tədbirlər davam edir. Ölkə Prezidenti daim sosial sferanı əhatə edən sahələr üzrə sosial zərfin reallaşması istiqamətində addımlar atdığını görürük. Bütün sahələrdə hansısa addım atılırsa, mütləq vətəndaşların, xüsusilə, həssas sosial təbəqənin büdcəsi və onların maraqları nəzərə alınır”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Avqust 2025, 16:15   
Chosen
11
pravda.az

1Sources