EN

Pakistanda musson yağışları nəticəsində 706 nəfər ölüb

Pakistanda 26 iyun tarixindən bəri təsirli olan musson yağışları nəticəsində həyatını itirənlərin sayı 706-ya yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (NDMA) verdiyi açıqlamada, 26 iyundan bu yana ölkə miqyasında musson yağışları səbəbindən ölənlərin sayının 706 nəfərə çatdığı bildirilib.

Ölümlərin əksəriyyətinin güclü leysan yağışları nəticəsində ev və damların uçması səbəbindən baş verdiyi, bir hissəsinin isə qəfil sel, torpaq sürüşməsi, elektrik cərəyanına düşmə və ildırım vurması ilə əlaqəli olduğu qeyd olunub.

Ən çox insan itkisi 427 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alınıb. Musson yağışları ölkə miqyasında infrastruktur və şəxsi mülklərə ciddi zərər vurub.

26 iyundan bu yana 2.934-dən çox ev zədələnib, 1.108 heyvan tələf olub. Təxminən 451 kilometr yol və 152 körpüdə də zərər meydana gəlib, ən böyük dağıntılar Xayber Paxtunxva və Azad Kəşmirdə yaşanıb.

Rəsmilər qarşıdakı günlərdə daha çox yağış olacağı barədə xəbərdarlıq edərək riskli bölgələrdə yaşayanları ehtiyatlı olmağa çağırıblar.

Chosen
28
cebheinfo.az

1Sources