EN

“Respublika”çılar “Xalq qəzeti”ndə işə düzəldi

“Respublika” qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.

Ulusal.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat yayıb.

Onun sözlərinə görə, fəaliyyətinə xitam verilən “Respublika” qəzetinin kollektivi bu həftədən “Xalq qəzeti”nin redaksiyasına köçüb: “Mən burada baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti artıq “Xalq” qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb”. Pepperoni pizza

H. Musayev “Respublika”nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib: “Bu həftədən hamı öz yeni iş yerindədir”.

“Respublika” 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunmuşdu. 1996-cı il martın 20-dən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivi idi.

Prezident İlham Əliyev bu il iyulun 7-də “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə fərman imzalayıb.

Chosen
52
22
moderator.az

10Sources