EN

Azad Laçın sevincli günlərini yaşayır

Bakı. Trend:

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “AzərbaycanRespublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsisedilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günükimi qeyd edilir. Azərbaycanın 44 günlük İkinci Qarabağmüharibəsində tarixi Zəfəri siyasi müstəvidə də öz təsdiqini tapdı.Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldanazad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpaolundu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanınkapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixliüçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcərvə 1 dekabrda isə Laçın geri qaytarıldı. Üç il bundan əvvəl,2022-ci avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabuxvə Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalınatamamilə son qoydu.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələritərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etniktəmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olubvə ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil,142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə vəmüəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşəməktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalmüəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizməməruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyalarıilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçınrayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbiiresurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi,əsasən, Suriyadan olan muzdlu ermənilərin məqsədyönlü məskunlaşmasiyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimiqeyri-qanuni əməllər ilə məşğul olub.

44 gündə 30 ilin işğalına son qoyan, ədaləti bərpa edənAzərbaycan azad edlimiş ərazilərimizdə apardığı bərpa-quruculuqişləri ilə dünya hərb tarixində də ilkə imza atdı. Müharibədəndərhal sonra başlanan bərpa-quruculuq işləri dünyanıheyrətləndirdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyilokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiztam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, AğdərədəAzərbaycan Bayrağı ucaldıldı. Bununla da Azərbaycanın həyatındanyeni dövr başlamaqla yanaşı, azad edilmiş bütün ərazilərimizdəgenişmiqyaslı bərpa-quruculuq işləri geniş miqyas aldı.

Bu gün azad Laçının dirçəlişindən, soydaşlarımızınmərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik.Qürurvericidir ki, azad edilmiş ərazilərimiz üzrə şəhər günləriniqeyd edir, görülən işlərin miqyasından, bu torpaqların diplomatikmərkəz kimi dünyanın diqqətində olmasından qürurla bəhs edirik.Tarixi Zəfərimizdən ötən bu dövrdə dövlət başçısı İlham ƏliyevinLaçın rayonuna 8 səfəri reallaşıb. Hər bir səfər Böyük QayıdışProqramının uğurlu icrasının təqdimatıdır. Belə ki, Prezident İlhamƏliyev xeyli sayda sosial obyektlərin açılışında və təməlqoymamərasimində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur.Dövlətimizin başçısının bu ilin 28 May-Müstəqillik Günü ərəfəsindəQarabağa səfəri zamanı Laçında açılışında və təməlqoyma mərasimindəiştirak etdiyi sosial obyektlərin say tərkibi zəngindir. Belə ki,“LATIFA” Laçın tikiş fabrikinin, «PIRSHAGHI» ayaqqabı fabrikininLaçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetməMərkəzinin, Bəylik kəndinin, “Laçın” İstirahət Kompleksinin, “AşağıMalıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu,Laçın kanat yolunun təməlqoyma mərasimi keçirildi. Prezident İlhamƏliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlaraevlərin açarlarını təqdim etdi. Ölkə Prezidentinin bu səfəri həmLaçın Beynəlxalq Hava Limanın açılışı, həm də Azərbaycan, Türkiyəvə Pakistan liderlərinin Zirvə görüşü ilə tarixə yazıldı. Azadedlimiş ərazilərimizdə inşa olunan Füzuli, Zəngilan və LaçınBeynəlxalq Hava limanlarının açılışı Azərbaycan və TürkiyəPrezidentlərinin birgə iştirakı ilə həyata keçirilib.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğmayurda qayıdışına start verildi. Köçürülən ailələrin Laçın şəhərindəvaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizinbaşçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilənevlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışıtəmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlaraevlərin açarlarını təqdim edərkən “İndi Laçın rayonunda artıq dördyaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmişşəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddətərzində etmişik və işlər davam etdirilir” söyləyən dövlət başçısıİlham Əliyev onu da bildirmişdir ki, indi bizim gözəl tarixlərimiz,bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanınişğal günü, onlar artıq tarixdə qaldı. İşğal dövründə laçınlılar,şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününümatəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavəedirdi, amma artıq o günlər yoxdur. İndi 8 Noyabr günümüz var -Zəfər Günü, 26 Avqust günümüz var. Laçının azad olunması günü vəLaçın Şəhəri Günü kimi qeyd olunur. 23 Aprel var. O vaxt Laçınistiqamətində biz öz sərhədimizə sahib çıxdıq və sərhədimizdəyerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini dənəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da böyük Zəfərgünümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsindəseparatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıqyeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcburoldu.

Göründüyü kimi, şanlı Zəfərimiz biri-birindən möhtəşəm günlərə,tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrə yol açdı. Bütünazad olunmuş torpaqlarımız dirçəlir, özünün sevincli, xoşbəxtgünlərini yaşayır. 30 il səbirsizliklə gözlədiyimiz bu sevincinşahidinə çevrilmək, bu hissləri yaşamaq böyük xoşbəxtlikdir.

Səlim Rəhimzadə,

“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətləəlaqələr şöbəsinin rəisi

Məqalədə:
Chosen
33
7
az.trend.az

8Sources