EN

Bəşəriyyətə ölümcül təhlükə: ABŞ-da transseksualların sayı fantastik həddə

Son illər ölkəmizdə olduğu kimi dünyada da cinsi azlıqların sayının artdığını müşahidə edirik. Bu mövzu tez-tez sosial şəbəkələrdə müzakirə olunur, müxtəlif görüntülər paylaşılır və s.

Adalet.az
xəbər verir ki, bu günə qədərki ən böyük məlumat analizinə görə, ABŞ-da 2,8 milyondan çox insan, o cümlədən təxminən 724,000 gənc transseksual olduğunu təsdiqləyir.
Məlumatı "The Quardian" nəşri yayıb.

Kaliforniya Universitetinin (UCLA) Williams İnstitutunun tədqiqatçıları hər bir ştatda trans əhalinin sayını, demoqrafik göstəricilərini müəyyən etmək üçün federal sorğulardan və dövlət səhiyyə orqanlarının məlumatlarından istifadə ediblər.
Məlumatda deyilir ki, aparıcı LGBTQ+ siyasəti araşdırma mərkəzi olan Williams İnstitutu 2011-ci ildəki hesabatından bəri milli trans əhalinin saylarını dərc edib və bu, gender identikliyi ilə bağlı dövlət səviyyəsində məlumatların əldə olunması ilə bağlı ilk hesabatdır.


Xatırladaq ki, İddiaya görə, hələ dinlər yaranmamışdan əvvəl də homoseksualizm olub. Bu antik Yunan və Roma mədəniyyətindən gələn ənənədir. Hətta məlumatlata görə
Pompey, Roma İmperiyası, 79-cu il - Pompey şəhəri 2000 min il əvvəl Vezuvi vulkanının ətəklərində mövcud olub. 79-cu il 24 avqust tarixində vulkan püskürməsi nəticəsində şəhər qaynar lava altında qalaraq məhv olub. Tarixin gördüyü ən qəddar və ən pozğun hökmdarlarından biri Caligula … Hətta bəzilərinə görə Pompei də, Sodom və Gomore kimi Allah tərəfindən cəzalandırılan şəhərlərdən biridir. Şəhərin "ədəbsizliyə" düşkünlüyü səbəbiylə tarixdən silindiyinə inanc çox böyükdür. Xüsusən də, bu şəhərdə ən çox yayılan homoseksuallığın adi hala çevrilməsiymiş.
Bu vulkandan çox sonra nazil olan “Qurani-Kərim” də Lut qövmündən azğın bir tayfa kimi bəhs olunur və bununla bağlı ayələr var: “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?”
“Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Dini qaynaqlara görə, bu tayfa homoseksuallıq kimi çirkin əməllə məşğul olub. Onlar hətta öz qəsəbələrinə qonaq gələn insanlara da əzab verir, lüt soyundurur, təcavüz edirdilər. Bu qövmün kişiləri qadınlarından əl çəkib kişilərə meyl edirdilər. Lut peyğəmbər onları dəfələrlə doğru yola dəvət etsə də bütün çağırışları cavabsız qalır və sonda Allah onları dəhşətli ölümlə cəzalandırır”
İslami təfəkkürdə “fahişəlik” anlayışı bir qadının evlilik xaricində başda pul olmaqla hər hansı bir qarşılıq gözləyərək, vücudunu bir başqa kişiyə satması mənasına gəlir. Amma bu terminin çox daha geniş mənada işləndiyi bildirilir və kişinin kişi ilə, qadının qadınla cinsi münasibətə girməsi də bu terminə daxil edilir.
“Qurani-Kərim”in “Məaric” surəsinin 29,30 və 31-ci ayələrində və “Nur” surəsinin 6 və 7-ci ayələrində evli olanların evli olduqları insan xaricində yaşadığı bütün cinsi əlaqələrin haram olduğu vurğulanır.

P.S.Amma həqiqətən bu dəfəki hesabat dəhşət saçır

Chosen
15
adalet.az

1Sources