EN

"Səbail" ardıcıl iki gündə 2 oyun keçirəcək

Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Səbail" bu həftə 2 yoxlama oyunu keçirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Elvin Məmmədov komandasını ardıcıl iki gün ərzində iş başında görməyi planlaşdırıb.

I Liqanın debütantı 22 avqustda "Cəbrayıl"la qarşılaşacaq. Oyun "ASCO Arena"da baş tutacaq və saat 20:00-da start götürəcək.

"Dənizçilər"in növbəti rəqibi "Difai" olacaq. Sözügedən görüş avqustun 23-də eyni məkanda və vaxtda baş tutacaq.

Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Səbail" ilk turda "Mingəçevir"i qonaq edəcək.

Mirağa

Chosen
127
1
fanat.az

2Sources