EN

Könüllü əsgər getmək olar?

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hərbi xidmətə yararsız hesab edilən bəzi gənclər bəzən könüllü olaraq müddətli həqiqi hərbi xidmət keçmək istəyirlər.

Bəs qanun nə deyir, könüllü əsgərliyə getmək mümükündürmü?  

“Qafqazinfo” məlumatına görə, mövcud qanunvericilikdə vətəndaşların könüllü şəkildə müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulmayıb.

Qanun yalnız çağırış yaşına çatmış və xidmətə yararlı hesab edilən şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyir. Nəticə olaraq könüllü hərbi xidmət keçmək istəyənlərin bu arzusu hüquqi müstəvidə mümkün deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
77
3
qafqazinfo.az

4Sources