EN

“Flamenqo” yenə önə keçdi - icmal

Avqustun 9-12-si aralığında A seriyasının 19-cu turun oyunları keçirildi. Başqa sözlə, ilk dövrə arxada qaldı. Amma bu da var ki, mövsümün ilk yarısında nəzərdə tutulan oyunların heç də hamısı keçirilməyib. Bunun əsas səbəbi isə Klublararası Dünya Çempionatında Braziliyanı 4 komandanın təmsil etməsi ilə bağlıdı.

Hesabat turundan sonra turnir cədvəlində ikihakimiyyətliliyin pozulduğunu da qeyd edək. Buna isə şərikli liderlərdən “Kruzeyro”nun uduzması və “Flamenqo”nun qələbə qazanması səbəb oldu.

Tura topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə başlayan “Flamenqo” evdə maksimum nəticəyə nail oldu. Filipe Luisin komandası “Mirassol”a hər hissədə vurduğu bir qolla qalib gəldi. Doğrudu, A seriyasının debütantı 73-cü dəqiqədə hesab arasındakı fərqi minimuma endirməklə matçın qalan vaxtının intriqalı keçməsinə şərait yaratdı. Amma rio de janeyrolular qələbə hesabını qorumaqla mövqeyini qorudular. Yenidən vahid lider olan “Flamenqo”nun ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.

Liderliyin şəriki “Kruzeyro”nun qeyri-sabit çıxışı davam edir. Belu orizontelilər evdə “Santos”dan xal ala bilmədilər. Halbuki ilk hissə onların minimalhesablı üstünlüyü ilə sona çatmışdı. Leonardo Jardimin komandası fasilədən sonra rəqibin iki oyunçusu ilə bacarmadı. Auqusto ilə Kabalyero bir-birinə məhsuldar ötürmə verməklə qonaqların əzmkar qələbəsini təmin etdilər. 1:2 hesablı məğlubiyyət “Kruzeyro”nu şərkli liderlikdən etdi. Jardimin komandası “Flamenqo”dan 3 xal geri düşsə də, 2-ci yerdəi mövqeyini itirmədi.

Tura 3-cü yerdə başlayan “Palmeyras” hesabına maksimum xal yaza bildi. Son mövsümün vitse-çempionu evdə “Seara”ya çətinliklə qalib gəldi. Qonaqlar fasilədən az sonra hesabı açmaqla san paululuları böyük qüvvə ilə irəli atılmağa vadar etdilər. Xose Lopes ilə Rokenin iki dəqiqəyə vurduqları qollar Abel Ferreyranın komandasını məğlubdan qalibə çevirdi. “Palmeyras” əzmkar qələbə ilə mövqeyini möhkəmləndirdi. San paululular liderdən yenə 4 xal geri qalırlar.

“Bayya” evdə “Fluminense” ilə heç-heçəyə razılaşdı. Qapılara 6 qolun vurulduğu matçın nəticəsi “Bayya”nın 4-cü yerdəki mövqeyini dəyişmədi.
Əvvəlki turda Davide Ançelottinin başçılığı altında keçirdiyi 5-ci oyunda ilk dəfə uduzan “Botafoqo”nun “Fortaleza” ilə səfər oyununda 5 qol qeydə alındı. Bütün toplar ev sahiblərinin qapısından keçdi. Möhtəşəm qələbə qazanan son çempion cədvəldə 7-ci yerdən 5-ə yüksəldi.

“Sport Resife”nin cari mövsümdə ilk dəfə qalib gəldiyini də qeyd edək. Resifelilər qələbəsizliyə “Qremio”ya qarşı səfər oyununda son qoydular. Ancaq ilk belə uğuru onları sonuncu yerdən xilas etmədi.

19-cu tur
Flamenqo - Mirassol 2:1
Leo Pereyra, 19. Plata, 68 – Qabriel, 73.
Kruzeyro - Santos 1:2
Bruno, 43 – Auqusto, 62. Kabalyero, 89.
Palmeyras - Seara 2:1
X.Lopes, 67-p. Roke, 69 – Lorenço, 51.
Bayya - Fluminense 3:3
Bernal, 13. Everton Ribeyro, 19. Juba, 89 – Kano, 9; 49. Nonato, 72.
Braqantino - İnternasyonal 1:3
Pitta, 55 – Matyas, 7; 46. Alan Patrik, 33.
Fortaleza - Botafoqo RJ 0:5
Marçal, 14; 48. Kabral, 45+5. Loyola, 53. Martins, 90+3.
San Paulu - Vitoriya 2:0
Bobadilya, 20. Sabino, 86.
Vasku da Qama - Atletiko Mineyro 1:1
Veqetti, 18-p. – Menino, 1.
Qremio - Sport Resife 0:1
Mateuzinyo, 51.
Juventude - Korintians 2:1
Talyari, 27. Babi, 81 - Mateuzinyo, 90+1.

1. Flamenqo 18 12 4 2 33-8 40
2. Kruzeyro 19 11 4 4 31-13 37
3. Palmeyras 17 11 3 3 23-15 36
4. Bayya 17 8 6 3 23-16 30
5. Botafoqo RJ 17 8 5 4 23-10 29
6. Mirassol 17 7 7 3 28-18 28
7. San Paulu 19 7 7 5 22-20 28
8. Braqantino 19 8 3 8 22-25 27
9. Fluminense 17 7 3 7 21-23 24
10. Atletiko Mineyro 17 6 6 5 19-18 24
11. İnternasyonal 18 6 6 6 21-23 24
12. Seara 18 6 4 8 18-19 22
13. Korintians 19 5 7 7 17-21 22
14. Santos 18 6 3 9 20-23 21
15. Qremio 18 5 5 8 16-24 20
16. Vitoriya 19 3 9 7 16-22 18
17. Vasku da Qama 17 4 4 9 19-24 16
18. Fortaleza 18 3 6 9 18-29 15
19. Juventude 17 4 2 11 13-36 14
20. Sport Resife 17 1 6 10 10-25 9

Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 13, De Arraskaeta (Flamenqo), Veqetti (Vasku da Qama) - 10, Pedro Raul (Seara), Reynaldo (Mirassol) - 7.

Chosen
21
1
football-plus.az

2Sources