EN

ABŞ Suriyada xüsusi əməliyyat keçirib VİDEO

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az Suriya mediasına istinadən xəbər verir ki, İraq bölməsinin dəstəyi ilə ABŞ qüvvələri Türkiyə sərhədinə yaxın Atma kəndinə daxil olublar. Mustafa Xalidin elektrik stansiyasının yaxınlığındakı evini mühasirəyə alan qüvvələr səsgücləndiricidən istifadə edərək 2022-ci ildə İŞİD-in keçmiş rəhbərinin öldürülməsindən sonra qruplaşmanın beşinci lideri vəzifəsini tutan Əbu Həfs əl-Quraşini təslim olmağa çağırıb. “İraq vətəndaşı olan əl-Quraşi Fransa pasportu olan iki qadınla birlikdə həbs edilib. Onun əməliyyat zamanı öldüyü barədə məlumatlar var, lakin hələ ki, bunun təsdiqi yoxdur. Evin yaxınlığında atışma qısa müddətdə yaşanıb”, - suriyalı mənbələr bildirir. Əbu Həfs əl-Quraşi əcnəbiləri cəlb etməklə İŞİD-ə “yeni qan” gətirmək bacarığı ilə tanınırdı və bu məsələdə Suriya sərhədinə yaxınlığı onun karına gəlirdi. Şahidlər bölgənin mühasirəsində Suriya hökumət qüvvələrinin də iştirak etdiyini söyləyirlər.

pic.twitter.com/ND5jg9IfGX

— Newsfeed (@Newsfeed883920) August 20, 2025

Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
azvision.az

2Sources