EN

“Gideonun arabaları” hərəkətə keçir

İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatını təsdiqləyib. Bu barədə yerli dövlət televiziyası Kan xəbər verir. 

Məlumata görə, əməliyyat “Gideonun arabaları 2” adlanır. Əməliyyat çərçivəsində hakimiyyət ehtiyatda olan hərbçiləri səfərbər etməyi planlaşdırır.

İsrailli nazirin dediyinə görə, “əməliyyatın başa çatması ilə Qəzza öz görkəmini dəyişəcək və artıq əvvəlki kimi olmayacaq”.

Avqustun 7-də Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hərbi-siyasi kabineti Qəzza zolağında quru əməliyyatının genişləndirilməsi planını təsdiqləyib. Bu, HƏMAS-ın israilli girovların azad edilməsi ilə bağlı danışıqlardan imtina etməsinə cavab idi. İsrail həm də fələstinliləri Qəzzadan köçürmək istəyir. 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources