EN

Lukaşenko: İranla hərbi əməkdaşlığa hazırıq

BAKI, 20 avqust. TELEQRAF

“Belarus İranla istənilən məsələni - ərzaq tədarükü sahəsində əməkdaşlıqdan tutmuş hərbi-texniki sahəyə qədər müzakirə etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 20-də İran Prezidenti Məsud Pezeşkianla görüşündə bildirib.

“Biz istənilən məsələni müzakirə etməyə hazırıq, bizim qapalı mövzumuz yoxdur”, - Belarus lideri qeyd edib.

Lukaşenko Belarusun İranla bütün sahələrdə - ərzaq tədarükündən tutmuş hərbi-texniki əməkdaşlığa qədər əməkdaşlığa hazır olduğunu vurğulayıb:

“Burada heç bir sirr yoxdur. Dostluğumuz heç kimə qarşı deyil, biz hər şeyi iki ölkənin xalqlarının mənafeyi üçün edirik”.

Chosen
23
1
teleqraf.com

10Sources