EN

İtaliyalı müdafiəçi 2026-cı ildə “Barselona”ya keçə bilər

İtaliyanın “İnter” klubunun futbolçusu Alessandro Bastoni 2026-cı ilin yayında İspaniya təmsilçisi “Barselona”ya keçə bilər.

Bakues.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi növbəti ildə 26 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Milan klubu hazırkı transfer dönəmində italiyalı oyunçunu Almaniya çempionu “Bavariya”ya satmaqdan imtina edib.

Qeyd edək ki, Bastoni 2024/2025 mövsümündə “İnter”in forması ilə 57 oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
12
1
icma.az

2Sources