İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.
Leqal.info BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.
3 nəfər ağır xəsarət alıb.
Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub.
BMT-nin miqrasiya agentliyinin məlumatına əsasən, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.
Leqal.info