EN

ChatGPT istifadəçiləri tərifləyəcək

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

OpenAI GPT-5 yeniləməsindən sonra istifadəçi rəylərinə əsaslanaraq çatbotun ünsiyyət tərzində dəyişikliklər edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni modelin daha səmimi və mehriban görünməsi üçün kiçik əlavələr ediləcək.

Məlumata görə, GPT-5 artıq cavablarda “Yaxşı sual” və ya “Möhtəşəm başlanğıc” kimi ifadələrdən istifadə edəcək.

OpenAI vurğulayıb ki, məqsəd yaltaqlıq deyil, sadəcə istifadəçi təcrübəsini daha isti etməkdir.

OpenAI eyni zamanda istifadəçilərə köhnə versiya — GPT-4o modelinə qayıtmaq imkanı yaradacağını açıqlayıb. Beləliklə, hər kəs özünə uyğun ünsiyyət tonunu seçə biləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
5
operativmm.az

7Sources