EN

Pezeşkian Belarusa GETDİ

İran prezidenti Məsud Pezeşkian Ermənistana səfərlərindən sonra Belarusa gedib.

Bakıvaxtı.az xəbər verir ki, Məsud Pezeşkian Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi dəvəti ilə Minskə rəsmi səfər edib.

Pezeçkianı Minskdəki hava limanında Belarus rəsmiləri ilə yanaşı, iki belaruslu xanım ənənəvi qonaqpərvərlik kimi duz-çörəklə qarşılayıb.

Bu səfər zamanı prezident Pezeşkian belaruslu həmkarı və ölkə parlamentinin sədri ilə görüşəcək, həmçinin Belarusda yaşayan iranlılarla bir araya gələcək.

Səfər zamanı iki ölkə arasında bir sıra əməkdaşlıq sənədləri də imzalanacaq.

Chosen
33
5
bakivaxti.az

10Sources