AZ

İran Prezidenti M.Pezeşkian Belarusa gəlib

İran Prezidenti Məsud Pezeşkian belaruslu həmkarı Aleksandr Lukaşenkonun dəvəti əsasında Belarusun paytaxtı Minskə gəlib.

Səfər zamanı Pezeşkian prezident Lukaşenko və Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşəcək.

Bundan əlavə, Pezeşkian Belarusda yaşayan İran icması ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyi planlaşdırır.

Bu səfərin İran və Belarus arasında bir sıra əməkdaşlıq sazişlərinin imzalanması və iki xalq arasında tərəfdaşlığın daha da genişləndirilməsi ilə nəticələnəcəyi gözlənilir.

Seçilən
4
18
anspress.com

10Mənbələr