EN

Tramp ABŞ üçün potensial prezident namizədlərini açıqladı

AĞ Ev rəhbəri Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə təqdir etdiyi potensial namizədlərin siyahısına açıqlanıb.

Bakupost.az xəbər verir ki, siyahıda ilk dəfə olaraq ABŞ-nin maliyyə naziri Bessentin adı çəkilib.

Daha əvvəl D.Tramp gələcək seçkilərdə vitse-prezident C.D.Vensin və dövlət katibi Marko Rubionun layiqli namizəd ola biləcəyini bildirmişdi.

Bu dəfə o deyib:

"Bildiyiniz kimi əla “ehtiyat oyunçularımız” var. Bizdə istedadlar çoxdur: C.D.Vens, Marko Rubio, Skott Bessent özlərini çox yaxşı göstəriblər. Bütün super ulduzlar bizim aramızdadır".

"Cebheinfo.az" 

Chosen
13
4
cebheinfo.az

5Sources