AĞ Ev rəhbəri Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə təqdir etdiyi potensial namizədlərin siyahısına açıqlanıb.
Teleqraf xəbər verir ki, siyahıda ilk dəfə olaraq ABŞ-nin maliyyə naziri Bessentin adı çəkilib.
Daha əvvəl D.Tramp gələcək seçkilərdə vitse-prezident C.D.Vensin və dövlət katibi Marko Rubionun layiqli namizəd ola biləcəyini bildirmişdi.
Bu dəfə o deyib: "Bildiyiniz kimi əla “ehtiyat oyunçularımız” var. Bizdə istedadlar çoxdur: C.D.Vens, Marko Rubio, Skott Bessent özlərini çox yaxşı göstəriblər. Bütün super ulduzlar bizim aramızdadır".