EN

“Ferensvaroş”un prezidenti “Qarabağ”ı təbrik etdi: “Amma biz heç vaxt təslim olmuruq”

"Ferensvaroş"un prezidenti Qabor Kubatov Azərbaycanın “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“ “Qarabağ”ı təbrik edirəm. Bu gün hər şeyi düzgün etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferensvaroş!””.

"Qarabağ" Budapeştdə keçirilən ilk matçda "Ferensvaroş"u 3:1 hesabı ilə məğlub edib.

Chosen
12
2
sportinfo.az

10Sources