Premyer Liqada ilk turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hesabı 45+1-ci dəqiqədə meydan sahibləri açıblar. İssa Cibrilla dəqiq zərbə müəllifi olub.
Yekun hesabı isə 65-ci dəqiqədə fərqlənən Bəxtiyar Həsənalızadə müəyyən edib.
"Zirə" - "Araz-Naxçıvan"