İran çempionatının ilk turunda “Traktor” öz meydanında məğlub olub.
Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi I turda yerli azarkeşlər önündə Tehran “İstiqlal”ına uduzub – 0:1.
Yada salaq ki, “Traktor” ötən mövsüm tarixində ilk dəfə İran çempionu olub.
Təbriz təmsilçisi İran Superkuboku uğrunda görüşdə isə “İstiqlal”ı məğlub edib (2:1).