“Qalatasaray”da ayrılıq gerçəkləşib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Derrik Köhn komandanı tərk edib. 26 yaşlı sol cinah müdafiəçisi Bundesliqa təmsilçisi “Union”a transfer olub.
Razılaşmaya əsasən, “Qalatasaray” bu satışdan 4 milyon avro + 500 min avro bonus qazanacaq. İstanbul klubu oyunçunun sonrakı satışından 20 faiz gəlir əldə edəcək.