EN

NATO-nun baş katibi Türkiyə prezidentinə zəng edib

NATO-nun baş katibi Mark Rutte ABŞ-da keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Telefon danışığı zamanı Ukrayna ilə Rusiya arasında sülh prosesi ilə bağlı son hadisələr müzakirə olunub.

Ərdoğan və Rutte Türkiyənin Ukrayna sülh prosesində və Qara dəniz regionunun təhlükəsizliyində həlledici roluna da toxunublar.

Tərəflər həmçinin etibarlı və davamlı təhlükəsizlik təminatı ilə bağlı fikir mübadiləsi aparıblar.

Chosen
112
5
missiya.az

10Sources