EN

Ermənistan və İran prezidentləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və iranlı həmkarı Məsud Pezeşkian regional gündəmdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Xaçaturyan ümidvar olduğunu bildirib ki, İran liderinin Ermənistana səfəri regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Həmsöhbətlər əldə olunmuş razılaşmaları müsbət qiymətləndiriblər.

"Tərəflər sabit və uzunmüddətli sülhün yaradılmasının, eləcə də suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsiplərinə əsaslanan ticarət yollarının formalaşdırılmasının bütün regionun maraqlarına cavab verdiyini vurğulayıblar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfərə gəlib. Avqustun 19-da yüksəksəviyyəli Ermənistan-İran danışıqları keçirilib.

Chosen
28
1
olke.az

2Sources