EN

Almaniyalı dünya çempionu müqaviləsini pozdu

36 yaşlı almaniyalı müdafiçi Jerom Boatenq Avstriyanın LASK klubu ilə müqaviləsini pozub. Msport.az xəbər verir ki, 2026-cı ilə kimi qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Boatenq LASK-a 2024-cü ilin iyulunda keçmişdi. O, bu müddət ərzində 14 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, Jerom Boatenq 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub. O, “Bayer”lə iki dəfə Çempionlar Liqasını da qazanıb.

Chosen
15
msport.az

1Sources