EN

“Qarabağ”ın necə güclü komanda olduğunu bilirik”

“Ferensvaroş”un futbolçusu Qabor Szalai UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Azərbaycan çempionunun tanış rəqib olduğunu bildirib:

“Avropa Liqasının qrup mərhələsinə vəsiqəni artıq təmin etmişik. Bu, bizim üçün əhəmiyyətli mərhələdir.

Ancaq Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün daha bir mərhələ qalır.

Pley-offdakı rəqibimiz “Qarabağ”la bir neçə il əvvəl qarşılaşmışıq və onların necə güclü komanda olduğunu bilirik. Lakin bu turnirdə irəliləmək istəyirik”.

“Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 19-da Budapeştdə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Chosen
117
3
sportinfo.az

10Sources