
Ukrayna və Rusiya arasında mübadilə aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Əsirlərlə əlaqə üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Qərargahın məlumatına görə, ölənlərin sayına Rusiya əsirliyində ölən 5 Ukrayna əsgərinin cəsədi daxildir. Onlar Rusiya və Ukraynanın İstanbuldakı nümayəndə heyətlərinin görüşündən sonra mübadilə etməyə razılaşdıqları ağır yaralılar və ağır xəstələr siyahısında idilər.
“Rusiya tərəfi vaxtı uzatmaqda davam edir və öhdəliklərini yerinə yetirmir”, - Ukrayna qərargahı qeyd edib.