EN

Fiko: Münaqişəyə son qoymaq üçün başa düşməliyik ki, Ukrayna NATO-ya üzv ola bilməz - ÖZƏL

Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, münaqişənin başa çatmasının əsas şərtlərindən biri Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini anlamaqdır.

Olaylar xarici mənbələrə istinadən bu barədə xəbər verir.

"Konfliktin başa çatmasının birinci əsas şərti Ukraynanın Şimali Atlantika Alyansına üzv ola bilməyəcəyini başa düşməkdir", - deyə Fiko Avropa İttifaqı liderlərinin onlayn sammitindən sonra yayımlanan videomüraciətində söyləyib.

Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri NATO-ya üzvlüyü istisna edir və bu, mütləq şəkildə Amerika qoşunlarının Ukrayna ərazisinə göndəriləcəyi anlamına gəlmir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
18
olaylar.az

10Sources