EN

İnflyasiya proqnozu artırıldı

2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, bu ay təqdim edilən proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə proqnoz Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər ”  adlı sənədində öz əksini tapb. 

Sənəddə qeyd edilib ki, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.

Xatırladaq ki, Mərkəzi Bankın iyul proqnozlarına görə isə ölkədə illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.

Chosen
104
16
qafqazinfo.az

10Sources