2025-ci ildə ÜDM-in real artımı 3 faiz olmaqla nominal ifadədə 129,9 milyard manat (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox) gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edilib ki, o cümlədən qeyri-neft ÜDM 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir.
2025-ci ilin dövlət büdcəsinin hesablamaları üçün 70 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti yenilənmiş makroiqtisadi proqnozlarda baza ssenari üzrə eyni səviyyədə saxlanılmışdır.
Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərmişdir. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 faizdən 4,6 faizə endirilib.