EN

Sabah Cəlilabadın 18 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Cəlilabad rayon ərazisində yerləşən Ocaqlı kəndindəki 1 saylı tam orta məktəbə təbii qazın verilməsi məqsədilə aparılacaq işlər səbəbindən 18 yaşayış məntəqəsi qazsız qalacaq.

BAKU.WS  xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Ətçələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir və Qarazəncir kəndlərində, ümumilikdə 4 200 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

Chosen
14
15
far.az

10Sources