EN

Futzal üzrə Azərbaycan çempionatlarında çıxış edəcək komandalar müəyyənləşib

Bakı,19 avqust, AZƏRTAC

Azərbaycan Futzal Federasiyasının (AFF) iclası keçirilib.

AFF-dən AZƏRTAC-a verilən məlumata görə, iclasda yeni mövsümə hazırlıq, Yüksək və I Liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub. Elitada 6, aşağı dəstədə 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq.

2025-2026-cı illər mövsümünün iştirakçıları

Yüksək Liqa

“Araz-Naxçıvan”

“Neftçi” İK

“Baku Fire”

“Şuşa” MFK

U-19

“Lənkəran”

I Liqa

2025-2026-cı illər mövsümünün iştirakçıları

PFL

“Baku Fire-2”

“Xan-Lənkəran-2”

“Star Karqo”

“Timsport”

“Atletiko Baku”

“Trabzon - Azərbaycan”

“Ulduz”

“Dəstə Ordubad”

“Yeni Suraxanı”

Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

Chosen
35
11
azertag.az

10Sources