EN

Zelenski Ukrayna nümayəndə heyətinin sonrakı addımlarını açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp və avropalı müttəfiqləri ilə görüşündən sonra Ukrayna nümayəndə heyətinin növbəti addımlarını açıqlayıb.

“Dünən Vaşinqtonda ABŞ Prezidenti və Avropa liderləri ilə mühüm danışıqlar aparıldı. Həqiqətən, müharibənin dayandırılması Ukraynanın və xalqımızın təhlükəsizliyinə doğru atılacaq əhəmiyyətli addımdır. Biz artıq təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyirik” - Zelenski “Telegram” kanalında yazıb .

O, əlavə edib ki, bu gün, avqustun 19-da liderlər səviyyəsində koordinasiya davam edəcək, müzakirələr aparılacaq, müvafiq formatlar hazırlanacaq.

Dövlət başçısı vurğulayıb: “Biz sabah işimizi davam etdirəcəyik. Milli təhlükəsizlik müşavirləri də hazırda daimi əlaqədədir. Təhlükəsizlik təminatları olacaq. Biz tərəfdaşlıq, təhlükəsizlik zəmanətləri və Ukrayna xalqının cəsarəti sayəsində sülhə gedən yolun reallığa çevrilməsi üçün hər şeyi edəcəyik”.

Xatırladaq ki, dünən, avqustun 18-də Ağ Evdə Donald Tramp, Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

ZÜMRÜD

Chosen
12
6
baki-xeber.com

7Sources