EN

Aygünün klipində Günayın açıq-saçıq səhnələri diqqət çəkdi

Xalq artisti Aygün Kazımova “Rəqs” adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi rəsmi yutub kanalında təqdim edib.

 

Musavat.com xəbər verir ki, bu dəfə klipdə Pop diva özü yer almayıb. Layihədə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər.

 

Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib. Əvvəlcə şəhərdə gəzintidə görünən “sevgililər” klipin sonunda hamamda sevişmə səhnəsi ilə izləyicilərin qarşısına çıxıblar.

 

Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə Selim Akardır.

 

Musavat.com

Tarix: 19 Avqust 2025, 15:24   
Chosen
13
3
pravda.az

6Sources